Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirir.
Oxu.Az xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri çıxış edəcəklər.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov iştirak edirlər.