Ermənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, Ermənistan məsələsi də həll olunmalıdır.
Azreform.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli telekanala müsahibəsində deyib.
“1990-1991-cı illərdə Ermənistan liderləri demirdilər ki, bizim dövlət olmağımız üçün müstəqillik lazımdır, deyirdilər ki, Qarabağ problemini həll etmək üçün müstəqil dövlət lazımdır. Bax, ən vacib sual budur.
İndi isə müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur. Çünki Ermənistanın dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni Qarabağ məsələsi həll olunsaydı, onun həllindən sonra Ermənistanın taleyi necə olacaqdı?
Digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. Bu çağırışları edən insanlar hesab edirdilər ki, Qarabağ məsələsi həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni konsepsiya tamamlanmalıdır. Ermənistanda müəyyən edilmiş hökumət yaradılmalıdır ki, o desin: Ermənistanın mövcudluğunun mənasız olduğu ortaya çıxdı”, - Paşinyan bildirib.
“Doğrudurmu ki, 19 sentyabr hadisələrindən sonra sizə zəng edib Azərbaycana hücum etməli olduğumuzu deyiblərmi” sualına Paşinyan bu cavabı verib: “Belə söhbət olmayıb, amma başqa söhbətlər olub, konseptual müstəvidan praktiki müstəviyə keçid zamanı hər şeyi dəqiq şərh etmək olardı”.
Mürtəza
Azreform.info