Bakıda ev yanıb, xəsarət alan var

20
Dek
2023
09:00

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb.

Bu barədə “Azreform.info ”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.