Yunanıstan parlamenti miqrantların sığortasız işləməsinin qarşısını almaq üçün hazırlanan qanun layihəsini təsdiqləyib.
“Azreform.info ” xəbər verir ki, hüquqi tənzimləmə 300 yerlik parlamentdə 262 deputatın “hə” səsi ilə qəbul edilib.
Belə ki, Yunanıstana qanuni yolla gələn və bir müddət sonra yaşayış icazəsini itirən miqrantlar müvafiq işdə fəaliyyət göstərdikləri təqdirdə yaşayış və iş icazəsini heç bir maneə olmadan ala biləcəklər.
Qanun həmçinin ölkədə oturumunun vaxtı bitib və qanunsuz yaşayan xarici ölkə vətəndaşlarına da şamil olunacaq. Tələb qanunsuz yaşayan şəxsin rəsmi iş tapmasıdır. O halda miqranta oturum icazəsi veriləcək.