Qazaxıstanın Jezkazqan istilik elektrik stansiyasında (İES) qəza baş verib.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, qəza nəticəsində İES-ın tərkibində fəaliyyət göstərən qazanxanalarda çatlar yaranıb, yanğın təhlükəsi yaranıb.
Bu gün günorta saatlarından etibarən isə, daha bir qazanxana sıradan çıxıb, mühərriklər xarab olub və onun işə salınması gecə yarısına planlaşdırılır.
Qeyd edək ki, İES-da baş verən qəza nəticəsində ətraf bölgələrdəki müəssisə, iaşə obyektləri və yaşayış binalarında istiliyin verilişində fasilələr yaranıb.