Ermənistanla dayanıqlı sülh müqaviləsi bağlamaq üçün heç bir ciddi maneə görmürük və sərhədlərin müəyyənləşdirilməsi məsələsi ayrıca həll oluna bilər.
Azreform.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Londonda jurnalistlərə açıqlamasında deyib.
“35 illik münaqişə artıq başa çatıb. Azərbaycanın indi strategiyası sülhə nail olmaqdır. Bu, hər iki tərəfdən fəaliyyət tələb edir.
Sülh müqaviləsi raket elmi deyil. Sülh gündəminə gedən yolda Azərbaycan üçün daha heç bir maneə yoxdur”, - deyə Hacıyev bildirib.(Axar.az)