Ukraynanı qışda bir neçə “Patriot” sistemi qoruyacaq - Zelenski

19
Dek
2023
23:07

“Bu qış Ukraynaya bir neçə yeni Patriot hava hücumundan müdafiə sistemi gətiriləcək”.

Azreform.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski yekun mətbuat konfransında deyib.

“Komandamla ciddi işgüzar səfərim olub. Bir neçə, sayını deməyəcəm, qışda dövlətimizi qorumaq üçün Ukraynada bir neçə yeni Patriot sistemi olacaq. Bu, çox vacib nəticədir”, - Zelenski qeyd edib.