Livanda partlayış: 1000-dən çox insanın yaralandığı bildirilir

17
Sen
2024
19:28

1000-dən çox insan, o cümlədən Hizbullah döyüşçüləri Livanda ünsiyyət üçün istifadə etdikləri rabitə qurğularının partlaması nəticəsində yaralanıb.

Azreform.info xəbər verir ki, bu barədə “Reuters“ təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Suriyada da partlayışların baş verdiyi və Hizbullah döyüşçülərinin yaralandığı bildirilir.

Adının açıqlanmasını istəməyən Hizbullah rəsmisi Livandakı partlayışların arxasında İsrailin dayandığını iddia edib.

O, partlayışların “cihazları hədəf alan təhlükəsizlik əməliyyatının nəticəsi" olduğunu deyib.

İsrail ordusu “Reuters“in partlayışlarla bağlı sorğularını şərh etməkdən imtina edib.