Ermənistan Təhlükəsizlik Şurasında Azərbaycanla münasibətlər müzakirə olunub

19
Dek
2023
22:28

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib.

Azreform.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, iclasda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Ermənistan Respublikasının ərzaq təhlükəsizliyi, Silahlı Qüvvələrə avtomatlaşdırılmış vahid nəzarət sistemi və təhlükəsizliklə bağlı digər məsələlər müzakirə olunub.