Baydendən Trampa "Tezliklə sağal" zəngi

17
Sen
2024
12:21

ABŞ prezidenti Co Bayden sui-qəsd cəhdinə məruz qalan ABŞ-nin keçmiş prezidenti Donald Trampa zəng edib.

Azreform.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Bayden keçmiş prezident Trampla telefonla danışıb və onun yaxşı olduğundan məmnunluğunu ifadə edib. İki şəxs səmimi söhbət edib və keçmiş prezident Tramp da telefon danışığına görə Baydenə təşəkkür edib", - məlumatda deyilir.

Mürtəza
Azreform.info