İsrail ordusu HƏMAS-ın qərargahını dağıdıb

16
Sen
2024
08:21

İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib.

Azreform.info ” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qərargah Beyt-Xanunda "Raazi eş-Şua" məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib və HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır.

Bura həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin özünün ərazisinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı kimi istifadə olunub.