Rusiyanın Xarkovu atəşə tutması nəticəsində çox sayda insan yaralanıb

15
Sen
2024
19:42

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli binanı atəşə tutması nəticəsində azı 28 nəfər yaralanıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, habelə İhor Terexov sosial şəbəkədə yazıb.

“İşğalçılar Xarkovu vurdular. Nemışlyanski rayonunda mülki infrastruktur zədələnib, hazırda üç yaralı var”, – administrasiya rəhbəri qeyd edib.

Terexov isə Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirdiyini açıqlayıb: “Çoxmərtəbəli yaşayış binasına zərbə endirildi. Yanğın və dağıntılar müşahidə olunur”.

Daha sonra Terexov olayda 28 nəfərin yaralandığını bildirib.