Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.
Azreform.info xəbər verir ki, məktubunda Nikaraqua Prezidentini və onun simasında bütün xalqını şəxsən öz adından və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Prezident İlham Əliyev bu bayram günündə Daniel Orteqa Saavedraya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıb.