Bakıda yaşayış binasında yanğın olub

19
Dek
2023
19:21

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzildə yanğın olub.

Bu barədə Azreform.info a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə nəticəsində mətbəxdə 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb.

Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.