"Bu gün Azərbaycan dünyanın nadir ölkələrindən biri hesab olunur ki, mürəkkəb geosiyasi proseslərdən öz milli maraqlarının, problemlərinin həllində faydalana bilib. Azərbaycan nəinki qlobal maliyyə-iqtisadi böhranlardan, kataklizmlərdən kənarda qalıb, eyni zamanda ərazi bütövlüyünü təmin edərək, suverenliyinin bərpasına nail ola bilib. Bununla da Azərbaycan suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yartamaqla beynəlxalq miqyasda ciddi aktor rolunu oynayan ölkələrdən birinə çevrilib. Azərbaycan cənab Prezident İlham Əliyevin çox uğurlu diplomatik gedişləri nəticəsində bu mürəkkəb geosiyasi mübarizələrin yaratdığı çağırışlara və reallıqlara çevik reaksiya verməsi nəticəsində davamalı uğurlara imza atmaqdadır. Azərbaycan enerji sahəsində olduğu kimi, hazırda logistika sahəsində də Avrasiya coğrafiyasında yeni logistika xəritəsini müəyyən etməkdədir. Azərbaycan həm də qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv rol oynayan ölkə kimi, "yaşıl enerjiyə" keçid istiqamətində ciddi addımlar atmaqla Avropanın bütövlükdə enerji təhlükəsizliyində daha etibarlı tərəfdaş olamağı qarşısına hədəf qoyub. Bunun nəticəsi olaraq noyabrda Bakıda COP29 Zirvə toplantısı keçiriləcək. Ölkəmiz təkcə toplanıtının keçirilməsinə deyil, qlobal problemin həllinə töhfə verməyi qarşıya hədəf qoyub. Bu istiqamətdə ciddi uğurlara da imza atılmaqdadır. Bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunun möhkəmlənməsinə və daha ciddi aktor rolunda çıxış etməsinə yeni imkanlar açır. Azərbaycan yerləşdiyi coğrafiyanın yaratdığı imkanlardan faydalanmaqla toqquşan geosiyasi güclər arasında bir qapı və əməkdaşlıq körpü rolunu oynamaqdadır.
Cənab Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı da bunun bariz nümunəsidir".
Bunu Azreform.info -a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.
O təəsüflə qeyd edib ki, Azərbaycanın bu uğurları bir çox güclər tərəfindən, anti-Azərbaycan qüvvələr, xüsusən də erməni lobbisinin təsiri altında olan güclər tərəfindən qısqanclıqla qarşlanır: "Bu qüvvələr Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzuna xələl gətirmək üçün fəallaşmağa başlayıblar. bu mıəqsədlə də öz siyasi təlxəklərini səhnəyə buraxırlar. Bunlardan biri də anti-Azərbaycan mövqeyi ilə tanınan AŞPA-nın almaniyalı üzvü Frank Şvabedir. Adıçəkilən bədnam qüvvələrin əlində alıt olan bu siyasi təlxək cənab Prezidentin
Beynəlxalq Çernobbio Forumunda AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyini şərh etməsinə reaksiya verərək ortaya absurd iddialar atıb. Şvabe öz “arqumentlərində” Azərbaycanı heç bir reallığa uyğun olmayan çürük “siyasi məhbus” kimi absur fikirlərlə ititham etməyə cəhd edib. Amma bu insan nədənsə unudur ki, sivil dünyaya təqdim edilən demokratiya, insan azadlıqları və hüquqları kimi dəyərlər məhz özlərini demokratiyanın, qanunun aliliyinin müdafiəçisi rolunda çıxış edən ölkələr tərəfindən çeynənilir və ayaqlar altına atılır. Bu ölkələr əslində demokratiya, insan azadlıqları və hüquqları adı altında dünyada neokolonialist siyasətlərini həyata keçirilər. Yaxud da öz şərtlərini diqtə etmək üçün bəzi ölkələrə təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən həmin neokolonialist siyasət yürüdən ölkələr AŞPA-dan və Şvabe kimi insanlardan bir alət kimi ölkəmizə qarşı istifadə edirlər.
Cəanb Prezident həmin Forumda AŞPA-nın Azərbaycanın səsvermə hüququndan məhrum edilməsinin əsl mahiyyətini açaraq Avropa strukturlarının iç üzünü ifşa edərək bildirib ki, bu, Azərbaycanın suverenliyini bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi.
Belə bir qərara səs verənlər Azərbaycanı Avropa Şurasında görmək istəməyənlər idi və Azərbaycan da bu qərara adekvat addım ataraq AŞPA-nın 70-dən artıq üzvünü arzulolunmaz şəxs elan edərək ölkəyə girişinə qadağa qoyub. Ölkə başçısı onu da bəyan edib ki, bu qadağa Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyəti bərpa edildikdən sonra qaldırılacaq. Bu bir daha onu göstərir ki, hansı ölkə və ya təşkilat olmasından asılı olmayaraq kimsə Azərbaycanla təhdid, şantaj və ya təzyiq dilində danışa bilməz. Azərbaycan buna uyğun adekvat addım atacaq. Azərbaycan heç kimlə şantaj dilində danışmır, amma onu özünə də rəva görmür. Şantaj AŞPA-da məhz Şvabe kimilərin danışdığı dildir. Amma bununda bədəli ağır olur. Şvabe kimi başqalarının əlində alət olan siyasi təlxəklər bundan nəticə çıxarsalar daha yaxşı olar".
Mürtəza
Azreform.info