MSK onun şikayətini geri göndərdi

13
Sen
2024
16:49

17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Aydın Əbilov seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Müəyyən edilib ki, müraciət müddəti ötdüyünə görə şikayətçiyə geri göndərilib. Təklif səsə qoyularaq qəbul edilib.