Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib.
1977-ci il təvəllüdlü Həmidov Niyaməddin İkram oğluna məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb. Nəticədə 1981-ci il təvəllüdlü Həmidova Elnarə Akif qızı və övladı, 2007-ci il təvəllüdlü Həmidova Elcan Niyaməddin qızı xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.