Yaponiyanın Minami Kyuşu Universitetinin elm adamlarının təsadüfən kəşf etdikləri virus ancaq kişiləri öldürür.
Azreform.info Sfera.az-a istinadən xəbər verir ki, tırtıllar üzərində aparılan təcrübə nəticəsində virusun DNT-sinin ancaq erkək cinsli canlıları öldürmək üzrə təkamül etdiyi məlum olub.
Alimlər “kişi qatili” adı verilən virusun zərərli həşəratların populyasiyalarının azalmasında effektiv olacağına inanırlar.
Virusun elmi adı isə SIMKV-dir.