Acanda bunları YEYİN

11
Sen
2024
19:07

Tez-tez acırsınız?  Lakin hər dəfə yedikcə kökəlirsiniz? O zaman düzgün qidalanmağı seçin. 

Musavat.com Axşam.az-a istinadən sizi sağlam qəlyanaltı üçün 7 məhsulla tanış edəcək.

Acdıqca bu məhsulları yeyə və arıqlaya bilərsiniz. Daha dəqiq desək, bu məhsulların kalorisi az olduğundan kökəlməyəcəksiniz.

Alma sellülozla zəngin olduğundan aclıq hissini tez aradan qaldırır. Lakin onun tərkibində fruktoza olduğu üçün günün birinci yarısı yemək məsləhətdir.

Şirin kartof az kalorili məhsuldur. 100 qramı 120 kaloridir. Ləzzətli və xeyirlidir!

Bir fincan ətirli çay kiçik şokoladı əvəz edir və stressi aradan qaldırır.

Şəkərsiz marmelad əsasən, jelatindən ibarətdir. Bu, insana həm də psixoloji təsir edir.

Yoqurta giləmeyvə və şokolad qırıntıları əlavə etsəniz həm ağzınız dada gələcək, həm də mədəniz bayram edəcək.

Tərəvəzdən - çuğundurdan, kökdən və ispanaqdan hazırlanan çipsi kartof çipsilərini əla əvəz edir.

Popkorn sellüloza ilə zəngindir. Həm də mədədə şişdiyi üçün tez doydurur.