Moskva Tehranla Zəngəzur dəhlizi ilə bağlı razılaşmalara sadiqdir.
Azreform.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyanla görüşündə bildirib.
“Rusiya Tehranla Zəngzurla bağlı əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bununla bağlı siyasəti qətiyyən dəyişməyib”, - Şoyqu bildirib.
Mürtəza
Azreform.info