Türkiyə hökumətinin Nazirlər Kabinetinin iclasından sonra ölkənin Milli Müdafiə naziri Yaşar Gülər Gürcüstana səfər edib.
Azreform.info xəbər verir ki, Yaşar Gülər Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Gürcüstana gedib.
Bu haqda məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “X” hesabında öz əksini tapıb. Toplantının məzmunu haqda heç bir əlavə məlumat verilməyib.