Şəmkirdə istixana ərazisində yanğın olub, 1 ton yağ yanıb

19
Dek
2023
11:28

Şəmkir rayonunun Xuluf kəndində istixana ərazisində yanğın qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın nəticəsində istixananın ərazisində ümumi sahəsi 52 kvadratmetr olan qazanxanın taxta atmaları, 1 ton yağ çəlləyi və ona bitişik olan 160 kvadratmetr talvar yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürlüb.

İstixana isə yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.