Fuad Əliyev: Maraqlı seçki platformamız var

19
Dek
2023
10:06

Bu gün iştirak edib sözsüz ki, qalib gəlməyə çalışacağıq, amma o əsas olmamalıdır

Bunu Axar.az-a açıqlmasında prezidentliyə namizədliyinə irəli sürən Fuad Əliyev deyib.

Fuad Əliyev bildirib ki, maraqlı platformaları var və növbəti mərhələdə onları açıqlayacaqlar:

“Sözsüz ki, dövlət başçısı İlham Əliyevin cəmiyyətdə çox böyük nüfuzu var. Məlum məsələdir ki, tarixdə qalib prezident kimi qaldı. Ona rəqib olmaq, seçkidə iştirak etmək çətin məsələdir. Amma mən və komandam hesab edirik ki, seçkidə iştirak edib, öz baxışımızla müəyyən məsələləri cəmiyyətə çatdırmalıyıq. Bu gün iştirak edib sözsüz ki, qalib gəlməyə çalışacağıq, amma o əsas olmamalıdır. Çünki qalib tərəf digər namizədlərin seçki kampaniyasında təqdim olunan iqtisadi-siyasi platformalardan yararlana bilər”.