Erməni deputat: Azərbaycan istədiyinə nail oldu

7
Sen
2024
15:56

Azərbaycanın məqsədi təkcə danışıqlar prosesində Ermənistana təzyiq göstərmək deyil, ciddi strateji üstünlüklər əldə etmək idi və bu, istəyinə də nail oldu.

Azreform.info xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan deyib.

“Ətraflı təhlillər və araşdırmalar onu göstərir ki, Azərbaycanın məqsədləri təkcə danışıqlar prosesində üstünlüyü təmin etmək və ya Ermənistanla şantaj dili ilə danışmaq deyildi. 2023-cü ildə Azərbaycanın kifayət qədər ciddi strateji üstünlük imkanı əldə edib", - Abramyan qeyd edib.

O bildib ki, Azərbaycanın ötən il əsas məqsədi Zəngəzur, Dərələyəz, Basarkeçərdə və digər istiqamətlərdə Ermənistanın ən mühüm kommunikasiyaları, infrastrukturları və ya ölkə üçün həyati əhəmiyyət kəsb edən və təhlükəsizliyini təmin edən mühüm qovşaqlar üzərində nəzarəti ələ keçirmək idi. Və demək olar, istəyinə də nail oldu", - erməni deputat qeyd edib.

Mürtəza
Azreform.info