Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

7
Sen
2024
12:35

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Azreform.info -ın "Report"a istinadən məlumatına görə, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib.

Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxıb.