Artıq böyük güclər Azərbaycanın mövqeyi ilə razılaşır  - QHT sədri

6
Sen
2024
13:39

Dünyanın bütün yollarını özündə birləşdirən, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan  Azərbaycan, həm də dünyada qlobal məsələlərin müzakirə olunduğu məkan kimi tanınır. Bunun da yeganə səbəbi son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətdir.

Bunu Olaylar-a Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev deyib:

"Hər il Azərbaycanda keçirilən müxtəlif mövzulu qlobal forumlarda, konfranslarda dünyanı narahat edən problemlərin həlli yolları müzakirə edilir. Danılmaz faktdır ki, Azərbaycanın beynəlxalq arenada nüfuzu yüksəlməkdə və qlobal məsələlərin həllində rolu artmaqdadır. Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən Azərbaycanın fəaliyyəti ilə bağlıdır və irəli sürülən təşəbbüslərin çoxu rəsmi Bakının iştirakı olduğu halda reallaşır. Bu da onu deməyə əsas verir ki, artıq böyük güclər Azərbaycanın mövqeyi ilə razılaşır və qəbul edir.

Bunlardan biri də bu günlərdə şəffaflıq iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün paytaxtımızda keçirilən  Bakı Qlobal Şəffaflıq Platformasıdır.
Noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində bu tədbirin keçirilməsinin böyük əhəmiyyəti var. Bu tədbir iqlim prosesində maraqlı tərəflərin, QHT-lərin əməkdaşlığı üçün lazımi məkana çevrilib.

Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir.

Bakı Qlobal İqlim Şəffaflığı Platforması inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində kömək göstərmək üçün həm Konvensiya Tərəflərini, həm də maraqlı tərəfləri bir araya gətirəcək. Unutmayaq ki, qlobal şəffaflıq sisteminin qəbul edilməsi iqlim dəyişikliyi ilə mübarizədə yeni bir dövrün başlanğıcıdır".

Onu da qeyd edək ki, Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.