Norveç Ukrayna 50 milyon avro ayırıb

4
Sen
2024
06:14

Norveç Ukrayna ordusu üçün pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması məqsədilə Ukrayna üçün Beynəlxalq Fonda 570 milyon kron (48,28 milyon avro) ianə edəcək.

Azreform.info ” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Norveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna ölkə əhalisini və mühüm infrastrukturu Rusiyanın hücumlarından qorumaq, Rusiya ilə müharibəni davam etdirmək üçün daha çox HHM sistemləri və PUA-lar alacaq.

“Ukraynanın Rusiyanın hərbi təcavüzündən qorunmaq üçün təcili olaraq daha çox hərbi texnikaya ehtiyacı var. Digər ölkələrlə birlikdə Norveç bu işə öz töhfəsini vermək üçün əlindən gələni edəcək”, - ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib.

Qeyd edək ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Norveç fonda ümumilikdə 1,8 milyard kron (təxminən 160 milyon avro) vəsait köçürüb.