Romada leysan yağış və fırtına fəsadlar törətdi

4
Sen
2024
05:14

İtaliyanın paytaxtı Romada şiddətli leysan yağış və fırtına fəsadlara səbəb olub.

Azreform.info xəbər verir ki, güclü külək ağacları və reklam lövhələrini avtomobillərin üzərinə aşırıb. Bəzi küçələr, iş yerlərini, tunelləri və yeraltı piyada keçidlərini su basıb.

Əlverişsiz hava şəraiti problemlər yaradıb, infrastruktura ziyan vurub.