Sevgilisi uqandalı atleti yandırdı

4
Sen
2024
02:07

Paris-2024 Yay Olimpiya Oyunlarında Uqandanı təmsil edən idmançı Rebekka Çeptegi sevgilisi tərəfindən hücuma məruz qalıb.

Azreform.info ” xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Məlumata görə, sevgilisi atletin üzərinə benzin tökərək onun bədənini yandırıb.

İdmançının bədəninin 75% yanıb.

Həkimlər onun vəziyyətinin kritik olduğunu açıqlayıblar.

Qeyd edək ki, Rebekka 2024-cü il Paris Olimpiadasında məsafəyə qaçış növü üzrə 44-cü yeri tutub.(Qafqazinfo)