BMT ekspertləri: İranda 400-dən çox insan edam edilib

3
Sen
2024
19:28

BMT ekspertləri İranda edamların sayının artmasından və ilin əvvəlindən indiyədək ölkədəki edamların sayının 400-dən çox olmasından narahat olduqlarını bildiriblər.

Azreform.info xəbər verir ki, bu barədə BMT-nin 11 müstəqil ekspertdən ibarət qrupunun bəyanatında deyilir.

"İran təkcə avqust ayında 81 ölüm hökmü icra edib ki, bu da iyulda bildirilən 45 edamdan əhəmiyyətli dərəcədə çoxdur", -sənəddə deyilir.

Sənəddə həmçinin qeyd olunub ki, ölkədə 2024-cü ilin əvvəlindən 15-i qadın olmaqla 400-dən çox adam edam edilib. “Biz edamların sayının kəskin artmasından dərin narahatıq”, - ekspertlər bildirib.

"Amnesty International" təşkilatının məlumatına görə, İran ildə edamların sayına görə Çindən sonra ikinci yerdədir.

Mürtəza
Azreform.info