Polis basqın etdi, ev yiyəsi qorxudan öldü

3
Sen
2024
18:49

Hindistanda qəribə ölüm hadisəsi baş verib.

Azreform.info xarici KİV-ə stinadla xəbər verir ki, hadisə Bijnor mahalında baş verib.

Belə ki, polisə evlərdən birində mal əti olması ilə bağlı şikatət daxil olub.

Şikayət əsasında ərazi polisi 55 yaşlı qadınının evinə basqın edib.

Hadisə zamanı qorxudan panik atak keçirən qadın vəfat edib.

Basqın zamanı evdə mal əti tapılmayıb.

Qadının ailəsi polislərin pis davrandığını deyərək ədalət tələb edib.

Polislər isə qadının asma xəstəsi olduğunu, ölümünün onlarla heç bir əlaqəsinin olmadığını bildiriblər.

Bijnor polis rəisi basqını həyata keçirən 4 polis əməkdaşının vəzifəsindən azad edildiyini və araşdırmalara başlandığını açıqlayıb.

Yalan məlumat verən şəxs barəsində də qanuni tədbir görüləcəyi bildirilib.

Billurə