Balakəndən Mingəçevirə qonaq gələn 47 yaşlı qadını küçədə sahibsiz it dişləyib.
"Unikal"ın məlumatına görə, hadisə İzolit zavodunun yaxınlığında baş verib.
Sahibsiz it 1977-ci il təvəllüdlü Balakən rayon sakini Sahilə Məhəmməd qızı Ömərovaya hücum edərək əlindən dişləyib.
İlkin tibbi yardım üçün hadisə yerinə gələn həkim briqadasının israrına rəğmən quduzluq əleyhinə vaksin vurmaq üçün qadını xəstəxanaya aparmaq mümkün olmayıb. O vaksindən qorxduğunu və bəzi iynələrin ona düşərli olmadığını əsas gətirərək xəstəxanaya getməkdən imtina edib. Onun bu davranışı barədə aidiyyəti qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.