Konqo Demokratik Respublikasında həbsxanalardan birində kütləvi qaçışa cəhd edilib.
Azreform.info xəbər verir ki, hadisə Konqonun paytaxtı Kinşasadakı həbsxanasında baş verib.
Hadisənin miqyasına baxmayaraq, məhbuslardan heç biri qaça bilməyib. Verilən xəbərə görə, hüquq-mühafizə orqanları qaçışın qarşısını almaq üçün silaha əl atıb. Qarşıdurma nəticəsində 129 məhbus həyatını itirib, 59-u isə nəfər yaralanıb.
Mürtəza
Azreform.info