Xəbər verdiyimiz kimi, ötən gün “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. Hadisə nəticəsində “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı, 1960-cı il təvəllüdlü İslamov Rafiq İsa oğlu həyatını itirib.
Azreform.info xəbər verir ki, TƏBİB ölümün səbəbini açıqlayıb.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin həkiməqədər ölümü qeydə alınıb.