Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə tikinti şirkətlərindən birində çalışan sürücü 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb. Sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.