“Azərbaycanda 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülmə prosesi başlayıb və bu günə kimi 5-dən artıq şəxsin namizədliyi irəli sürülüb. Seçkilərdə iştirak etmək istəyənlər üçün bərabər imkan yaradılıb. Seçki prosesində şəffaflıq və demokratiklik təmin edildiyindən istənilən şəxs seçki qanunvericiliyin tələbinə uyğun olaraq namizədliyini irəli sürə bilər”.
Bunu Azreform.info -a açıqlamasında deputat Rauf Əliyev deyib.
Onun sözlərinə görə, namizədlərin irəli sürülmə prosesi bir daha onu sübut edir ki, ölkədə ədalətli seçki prosesi təmin edilib.
“Bu da ölkədə seçki prosesində ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Ümumiyyətlə, seçki prosesi siyasi qüvvələrin nəinki əsas vəzifələrindən biridir, eyni zamanda özünü cəmiyyətə təqdim edib dəstəyini qazanmaq üçün bir fürsətdir. Siyasi qüvvələr bu fürsətdən faydalanıb özlərini seçiciyə təqdim edib seçici rəğbətini, səsini qazanmaq üçün çalışmalıdır”, - deputat qeyd edib.
Bununla belə deputata təəssüflə qeyd edib ki, cəmiyyətdə heç bir elektorata malik olmayan hər zaman destruktiv, milli maraqlardan uzaq olan radikal müxalifət yenə də öz ənənəsinə sadiq qalmaqdadır: “Bu qüvvələr növbədəkənar seçkilərin onlara yaratdığı imkanlardan faydalanmaq əvəzinə yenə də öz qərəzələrini ortaya qoyublar.
Bu qüvvələr hələ də anlamırlar ki, seçki demokratik cəmiyyətin atributudur və istənilən siyasi qüvvə ancaq və ancaq seçki yolu ilə xalqın etimadını qazanıb hakimiyyətə gələ bilər. Azərbaycanda demokratik dövlət olduğundan hakimiyyətin mənbəyi xalqdır. Xalq da seçki də kimə etimad göstərib ona dəstək verəcəksə, həmin qüvvə və ya şəxs də hakimiyyətə gələcək.
Namizədlərin irəli sürülmə prosesinə baxsaq görərik ki, xeyli sayda hakimiyyətə müxalif mövqedə olan şəxsin prezidentliyə namizədliyinin irəli sürüldüyünün şahidi olarıq. Bu da yuxarıda qeyd etdiyim kimi, bu da bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunun bariz göstəricisidir. Lakin özlərini radikal siyasi müxalif qüvvə hesab edənlər “ənənə”lərinə sadiq qalaraq 7 fevralda keçiriləcək növəbdənkar prezident seçkiləri ilə bağlı nəin ki, qərəzli ritorikalarla ucuz demaqogiya ilə məşğul olurlar. Onlar həmçinin seçkidə heç bir uğur qazana bilməyəcəyindən seçkidə iştirakdan imtina yolunu seçiblər. Bu isə siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Çünki bu insanlar 30 ilə yaxındır ki, xalqın dəstəyini qazanmaq istiqamətində fəaliyyət göstərmək əvəzinə boşboğazlıq, demoqogiya ilə məşğul olmaları nəticəsində xalqın dəstəyini tamamilə itiriblər. Bunlar özləri də yaxşı bilir ki, namizədliklərini versələr belə, namizədin qeydə alınması üçün lazım olan imzanı toplaya bilməyəcəklər. Bu qüvvələr “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq 5 min üzv toplamaqda böyük çətinliklər çəkdilər. İndi qala ki prezidentliyə namizədin qeydə alınması üçün imza toplaya bilələr. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Amma onlar bütün cəhdlərə iflasa məhkumdur. Necə ki indiyədək bu radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşsa, bundan sonra da puç olacaq.
Azərbaycan xalqı seçimini edərək etimad etdiyi namizədi müəyyənləşdirib. Azərbaycan xalqı yaxşı bilir ki, onun arzularını reallaşdıra biləcək namizəd varsa, o da cənab İlham Əliyevdir. Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 ildə xalq verdiyi bütün vədləri həyata keçirib. Məhz onun liderliyi altında Azərbaycan xalqı davamlı uğurlara, qələbələrə zəfərlərə imza atmaqla zirvələri fəth edib.
7 fevraldan da sonra Azərbaycan xalqı cənab İlham Əliyevin liderliyi altında yeni-yeni uğurlara, qələbələrə, zəfərlərə imza atmaqla yeni zirvələri fəth edəcək. Lakin onun liderliyi altında Azərbaycan uğurlar qazana bilər. Biz 7 fevraldan sonra da bunun şahidi olcağıq. Nəinki xalqımız, eyni zamanda dünya cənab İlham Əliyevin liderliyi altında daha qüdrətli, yeni hədəflərinə nail olan, inkişaf edən, zəfərlərə imza atan Azərbaycanın şahidi olcaq. Azərbaycanın inkişafını, uğurlarını qələblərini sevməyənlərin isə niyyətləri puç olacaq. Xalq cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməklə onlara olan mövqeyini nümayiş etdirmiş olacaq”.
Mürtəza
Azreform.info