Dənizdən meyit tapıldı

31
Avq
2024
11:21

Bakıda dənizdən meyit tapılıb.

Azreform.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün Xətai rayonu Zığ qəsəbəsi yaxınlığında - Xəzərin sahilində baş verib. Sudan orta yaşlı kişinin meyiti aşkar edilərək çıxarılıb.

Ölən şəxsin kim olması, hansı şəraitdə dənizdə batması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.