7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Fuad Əliyevin səlahiyyətli nümayəndəsi rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Azreform.info xəbər verir ki, bu barədə Fuad Əliyevin səlahiyyətli nümayəndə Xəzər Teyyublu məlumat verilib:
“Qanunvericiliyə uyğun olaraq, ilkin Bildiriş və Öhdəlik sənədlərinin bu gün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Mərkəzi Seçki Komissiyası sənədlərin qanunuyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək”.