Mirzoyan erməni diplomatlarla Azərbaycan sərhədində - FOTO

29
Avq
2024
17:00


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan diplomatlarla birlikdə Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində olub.

Azreform.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbərləri ilə xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin illik görüşü Tavuş rayonunun Azərbaycanın Qazax rayonu ilə sərhəddə olan Kirants kəndinə, xüsusən Ermənistanla Azərbaycan arasında dövlətlərarası sərhədə səfər etməklə başa çatıb. 

Tamamlanmış və aparılan işlərin təfərrüatları barədə Ermənistanın diplomatik rəhbərliyinə yerindəcə məlumat verilib.

Mürtəza
Azreform.info