İtaliya baş naziri: "Avropada İslama yer yoxdur"

18
Dek
2023
15:07

İtaliya Baş naziri Corciya Meloni "İtaliya Qardaşları" (FdI) partiyasının ənənəvi "Atreyu" siyasət festivalı tədbirindən sonra İslamla bağlı qalmaqallı açıqlamalar verib. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, o, İslamın Avropada yeri olmadığını bildirib.

“İslam mədəniyyəti ilə sivilizasiyamızın dəyər və hüquqları arasında harmoniya problemi olduğuna inanıram. İtaliyada İslam mədəniyyəti mərkəzləri şəriət qanunlarının qüvvədə olduğu Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Avropada bizim sivilizasiyanın dəyərlərindən uzaq islamlaşma prosesi gedir”.

Günay