"McLaren" pilotu Formula 1 Niderland Qran-prisinə vəsiqə qazanıb

25
Avq
2024
04:42

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" çempionatının 15-ci mərhələsinin - Niderland Qran-prisinin təsnifatının qalibi olub.

Azreform.info xəbər verir ki, ikinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. Üçüncü isə Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri olub.

Əsas yarış avqustun 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.