COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib

24
Avq
2024
13:35

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib.

Azreform.info xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı Ayan Nəcəf yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında “Yaşıl və Mavi zonalarda media xidmətləri və əraziləri/qurğuları haqqında" məlumatlandırma zamanı deyib.

O, yerli media nümayəndələrinin akkreditasiya haqqında sənədi noyabrın 1-də əldə edə biləcəklərini vurğulayıb.