Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Azreform.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya dövlət səfəri zamanı apardığı danışıqlar nəzərə alınmaqla müzakirələr davam etdirilib.
“Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, o cümlədən nəqliyyat və logistika əlaqələrinin qarşısının alınmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, - məlumatda bildirilir.
İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub.
Mürtəza
Azreform.info