Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Azreform.info Khaama Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polisə məlumat yayıb.
Taliban polis idarəsinin (təşkilat terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) nümayəndəsinin sözlərinə görə, dini məktəbin azı 6 şagirdi öldürülüb. Daha bir tələbə və dörd Taliban üzvü yaralanıb.
Polis maşınının marşrutunda partlayış yerli vaxtla saat 12:30-da baş verib. Bu zaman tələbələr və onların müəllimləri təhsil məqsədi ilə Dəra Nur bölgəsinə hərəkət edirmiş.
Qeyd olunur ki, ərazidə fəaliyyət göstərən qruplardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Eyni zamanda, agentlik son vaxtlar İŞİD yaraqlılarının tez-tez Taliban tərəfdarlarına qarşı hücumlar həyata keçirməyə başladığını, regionda vəziyyətin qeyri-sabitliyinə töhfə verdiyini diqqətə çatdırıb.
Elvin
Azreform.info