Bakıda yaşayış binasında yanğın olub - VİDEO

17
Dek
2023
23:00

Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış kompleksindəki 21-ci binanın səkkizinci mərtəbəsində qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.
İlkin ehtimala görə, yanğın isidici cihazla ehtiyatsız rəftar nəticəsində baş verib.

Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış kompleksindəki 21-ci binanın səkkizinci mərtəbəsində qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar. İlkin ehtimala görə, yanğın isidici cihazla ehtiyatsız rəftar nəticəsində baş verib.