"Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri, Qırmızı dənizdəki aqressiv fəaliyyətləri fonunda Yəməndəki husilərə zərbə vurmaq variantlarını fəal şəkildə nəzərdən keçirirlər".
Azreform.info xəbər verir ki, bu barədə “Politico” iki amerikalı məmura istinadən xəbər verir.
Qeyd olunur ki, Pentaqon ABŞ-nin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarına potensial cavabını dəstəkləmək üçün Fars körfəzindən zərbə qrupu ilə birlikdə "Dwight D. Eisenhower" təyyarədaşıyan gəmisini Yəmən sahillərindən Ədən körfəzinə köçürüb.