Ruslar yadda saxlamalıdırlar ki, Rusiya ya suveren güc olacaq, ya da ümumiyyətlə olmayacaq, bu postulat onların beyinlərində və ürəklərində olmalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vahid Rusiya Partiyasının XXI qurultayındakı çıxışında deyib.
“Biz yadda saxlamalı və heç vaxt unutmamalıyıq və uşaqlarımıza öyrətməliyik: Rusiya ya özünü təmin edən, suveren bir güc olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, həmişə ağlımızda və qəlbimizdə olması lazım olan çox vacib bir şeydir. Buna görə də gələcəyimizi özümüz müəyyən edəcək və yaradacağıq”.