Lerikdə evdə maye qaz balonu partlayıb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.