İlham Əliyev: "Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, tərəfdaşlar kimi fəaliyyət göstərirlər"

19
Avq
2024
16:35

"Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərirlər".

Azreform.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır.