Rusiya münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır

18
Avq
2024
15:21

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində yayılan məlumatlarda bildirilib.

Qeyd olunub ki, əsas vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesini təşviq edən sülh müqaviləsinin imzalanması, 2020-2022-ci illərdə ən yüksək səviyyədə tanınmış üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin blokunun açılması olaraq qalır.